Advertisment

ABŞ-da F-35 proqramı tənqid olunub

Amerikanın beşinci nəsil F-35 Lightning II döyüş təyyarələrinin hazırlanması və təkmilləşdirilməsi proqramı kifayət qədər nəticə vermir.

Herbiand.az-ın Defense News-a istinadən verdiyi məlumata görə, ABŞ Hökumətinin Hesabat palatası proqramı tənqid edib.

Palatadan bildirilib ki, F-35 proqramı Blok 4 təkmilləşdirmə paketi üçün ambisiyalarını azaldır. Bu, istehsalda gecikmələr, xərclərin çoxalması və tədarük zəncirində olan çətinliklərlə bağlıdır.

Blok 4 paketi F-35-in silah və sensor imkanlarını genişləndirir. Bu yeniləmə Technology Refresh 3 (TR-3) təkmilləşdirməsi ilə bağlıdır. Qeyd edilib ki, Block 4 üzrə işlər büdcədən ən azı 6 milyard dollara başa gəlir. TR-3 ilə bağlı problemlərə görə isə qrafik bir neçə il geri qalır.

Bəxtiyar CƏFƏRLİ