Advertisment

Rusiya ordusu bir həftə ərzində dörd yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya ordusu avqustun 30-dan sentyabrın 5-dək olan həftə ərzində xüsusi əməliyyat zonasında dörd yaşayış məntəqəsini nəzarətə götürüb.

Herbiand.az bildirir ki, onların adları Rusiya Müdafiə Nazirliyinin keçirdiyi brifinq zamanı qeyd edilib.

Belə ki, “Cənub” qrupunun bölmələri aktiv hərəkətlər nəticəsində Donetsk vilayətinin Fedorovka və Markovo kəndlərini ələ keçirib.

“Vostok” qruplaşmasının döyüşçüləri isə Dnepropetrovsk vilayətində Novoselovka və Donetsk yaxınlığındakı Kamışevaxanı nəzarətə götürüblər.

Bəxtiyar CƏFƏRLİ