Rusiyanın Polşadakı Səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Herbiand.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ordaşın sözlərinə görə, o, Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırılıb.
Xatırladaq ki, Polşada hava məkanının pilotsuz uçuş aparatları ilə pozulması faktı qeydə alınıb. Polşa ordusu isə ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Vurulan PUA-lardan birinin qalıqları Belarusla sərhədin yaxınlığında tapılıb. Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.