Bu ilin yanvar-iyul aylarında Azərbaycandaiqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9911,8 milyon manat investisiya yönəldilib.
Herbiand.az -a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çoxdur.
7 ayda neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15 faiz artıb. Ümumi sərmayənin 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinin, 3335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinin, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,2 faizi dövlət, 47,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 76,7 faizini təşkil etmişdir. 2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 41,0 faizi sənaye, 23,9 faizi tikinti, 23,1 faizi nəqliyyat və anbar təsərrüfatı, hər biri 1,8 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, informasiya və rabitə, təhsil, hər biri 1,4 faiz olmaqla maliyyə və sığorta, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.