Advertisment

Netanyahu Qəzza razılaşması ilə bağlı şərhləri qadağan edib

İsrailin Baş naziri Binyamin Netanyahu hökumət üzvlərinə Qəzza sektorunda atəşkəslə bağlı razılaşma üzrə kütləvi informasiya vasitələrinə şərh verməyi qadağan edib.

Herbiand.az xəbər verir ki, İsrailin 14-cü kanalının məlumatına görə, bu qərar əsirlərin geri qaytarılması prosesi başa çatdıqdan sonra qüvvədən düşəcək.

Qeyd edək ki, oktyabrın 10-na keçən gecə İsrail hökuməti bütün girovların azad olunmasını nəzərdə tutan razılaşmanı təsdiqləyib.

Bundan əvvəl, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən danışıqlar nəticəsində HƏMAS hərəkatı ilə İsrail arasında sülh planının birinci mərhələsi üzrə razılığın əldə olunduğunu bəyan edib. Bu mərhələyə yaxın vaxtlarda girovların azad olunması və İsrail ordusunun Qəzza daxilində razılaşdırılmış xəttədək geri çəkilməsi daxildir. [AZƏRTAC]