Advertisment

I Qarabağ müharibəsində itkin düşmüş 251 nəfərin şəxsiyyəti eyniləşdirilib

Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 251 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi mümkün olub.

Bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Onlardan 187 nəfər barədə artıq məlumat ictimaiyyətə açıqlanıb, nəşləri ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər", - o vurğulayıb.