2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə başlayandan bəri Polşa yardım edən ölkələr arasında Ukraynaya ən çox tank verib.
Herbiand.az xəbər verir ki, Polşa Milli Müdafiə Nazirliyinin məlumatına görə, 2022-2024-cü illərdə Polşa Ukrayna Silahlı Qüvvələrinə 318 tank, o cümlədən T-72M/M1, modernləşdirilmiş T-72M1R, PT-91 və Leopard 2 tankları bağışlayıb.
Polşanın göndərdiyi digər hərbi ləvazimatlar bunlardır: 586 zirehli texnika, 137 artilleriya sistemi, 10 Mi-24 helikopteri, 10 MiQ-29 döyüş təyyarəsi, 287 əllə daşınan bilən zenit-raket kompleksləri, 44 hava-hava raketi; 100-dən çox atıcı silah, 89 minaatan, 4 BM-21 “Qrad” çoxlu buraxılış raket sistemi; 100 milyondan çox patron.
Təlim, maddi-texniki təminat, təmir və tibbi dəstək daxil olmaqla təmənnasız yardımın ümumi dəyəri bu ilin mart ayına qədər 4 milyard dolları ötüb. Konkret olaraq, 2022-ci ildə 1,6 milyard dollar, 2023-2024-cü illərdə isə 1,3 milyard dollar təşkil edib.
Həmçinin bildirilir ki, təmənnasız yardımdan əlavə, Ukrayna 2022-2023-cü illərdə Polşadan 2,2 milyard avro dəyərində silah alıb. Ən böyük silah alışı üzrə müqavilə 54 ədəd “Krab” özüyeriyən haubitsa olub. Onlardan 36-sı artıq təhvil verilib.
Digər satınalmalara 60 ədəd MT-LB zirehli transportyoru, 92 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsa, 89 ədəd 82 mm-lik minaatan, 22 ədəd M74 120 mm minaatan, 19 ədəd AMZ Dzik zirehli texnikası, bir BRDM-2 və on minlərlə kiçik silah daxildir.
Bəxtiyar CƏFƏRLİ