Advertisment

Xüsusi hərbi əməliyyatın veteranı və keçmiş məmur ad günündə evində diri-diri yanıb

Rusiyanın Ukraynaya qarşı apardığı xüsusi hərbi əməliyyatın veteranı və keçmiş məmur Oleq İvanov Moskva vilayətindəki təkərli evində diri-diri yanaraq həlak olub.

Herbiand.az bildirir ki, bu barədə Shot Telegram-da məlumat yayılıb.

Kanalın məlumatına görə, oktyabrın 9-da gecə saat 02:00 radələrində Sergiev Posaddakı Meşeryakov adına Ailə Mərkəzinin dayanacağında iki mikroavtobus yanıb. Yanğın zamanı qaz balonları da partlayıb. Səyyar ev kimi istifadə edilən avtomobillərdən birində həyat əlamətləri olmayan kişi tapılıb. Onun İvanov olduğu məlum olub. Mərhumun həmin gün 56 yaşı tamam olub.

Qeyd edilib ki, İvanov xüsusi hərbi əməliyyata getməzdən əvvəl Smolensk vilayətinin Kardımovski rayonuna rəhbərlik edib. Sonra regionun Gənclərlə İş və Vətənpərvərlik tərbiyəsi üzrə Baş İdarəsinə rəhbərlik edib. O, həm də Əfqanıstan müharibəsi veteranıdır. Xidmətlərinə görə “İgidliyə görə” medalı və “Donetsk Xalq Respublikası”nın (Ukraynanın Donetsk vilayəti – red.) 4-cü dərəcəli “Georgi xaçı” ilə təltif edilib. Döyüşlərdən qayıtdıqdan sonra humanitar yardımın toplanması və cəbhəyə çatdırılması ilə məşğul olub.

Bəxtiyar CƏFƏRLİ