Rossotrudniçestvo və Azərbaycan Bakıda “Rus Evi”nin bərpası ilə bağlı konsensus tapmaq üçün əlaqə saxlayırlar.
Herbiand.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə qurumun rəhbərinin müavini Pavel Şevtsov məlumat verib.
“Ümid edirik ki, bu məsələ tezliklə Rusiya Federasiyası və Azərbaycan prezidentlərinin şəxsi görüşündə öz həllini tapacaq”, - Şevtsov bildirib.
O, əlavə edib ki, Rossotrudniçestvo Azərbaycanda dil proqramlarının təşkili və universitetlərin əməkdaşlığı sahəsində yaxşı temp qazanıb.
Bəxtiyar CƏFƏRLİ