Türkiyədə məhkəmə binasında silahlı insident baş verib.
Herbiand.az xəbər verir ki, hadisə İstanbulun Kartal rayonunda yerləşən regional apellyasiya məhkəməsində qeydə alınıb.
Belə ki, prokuror keçmiş həyat yoldaşı olan hakimi güllələyib.
Qadın hakimin vəziyyəti ağır qiymətləndirilir, hadisəni törətməkdə şübhəli bilinən prokuror saxlanılıb.