Advertisment

“İranla hərbi təlim planlaşdırılmayıb” - Ermənistan müdafiə naziri

Hərbi təlim planlaşdırılmayıb.

Herbiand.az bildirir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O xatırladıb ki, ötən il İranla birgə təlimlər keçirilib: “Biz öz ərazimizdəyik, İran isə öz ərazisində. Hazırda heç bir məhdudiyyət yoxdur, amma planlaşdırılan təlimlər də yoxdur”.

Papikyan müttəfiqlərlə münasibətlər barədə suala cavab olaraq bunu deyib: “Bizim münasibətlərimiz açıq və şəffafdır. Lakin hərbi planda özümüzə, iqtisadiyyatımıza və ordumuza güvənirik”.

Bəxtiyar CƏFƏRLİ