ABŞ Sahil Mühafizəsi 2025-ci ildə 3,8 milyard dollar dəyərində təxminən 231,8 ton narkotik maddə müsadirə edib. Bu da onun tarixində ən yüksək göstəricidir.
Herbiand.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin bir qolu olan Sahil Mühafizəsinin dərc etdiyi hesabatda yazılıb.
Hesabatda qeyd olunur ki, Sahil Mühafizəsi agentləri ABŞ-a daxil olan 193 milyon “potensial ölümcül doza” narkotik maddəsinin qarşısını alıb və bununla da Amerika vergi ödəyicilərinə 10 milyard dollardan çox qənaət ediblər.
Həmçinin, son bir ildə 11.000-dən çox qanunsuz miqrant saxlanılıb. Qanunsuz dəniz miqrasiyasının qarşısını almaq üçün sürət qayıqları, gəmilər, təyyarələr və dronlar yerləşdirilib.
Bəxtiyar CƏFƏRLİ