Advertisment

Papikyan qadınların könüllü hərbiyə çağırılması tempindən narazıdır

Ermənistanın müdafiə naziri Suren Papikyan qadınların orduda iştirakını vacib hesab edir.

Herbiand.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə nazir mətbuat konfransında bildirib.

O, əvvəlki maraqlara baxmayaraq, hərbi xidmətə könüllü olaraq çağırılma səviyyəsinin qənaətbəxş olmadığını bildirib: “Lakin proqramın uğursuz olduğunu da demək ədalətli deyil. Qadın çağırışçıların təxminən 70 faizi orduda, əsasən zabit kimi xidmət etməyə davam etmək arzusunu bildirib”.

Papikyan fürsətdən istifadə edərək qızları və onların valideynlərini milli mentalitetin xüsusiyyətlərini nəzərə alaraq orduya qoşulmağa çağırıb.

Bəxtiyar CƏFƏRLİ