Ermənistan əsgərləri Sev liç keçid məntəqəsinə gedərkən Azərbaycana məxsus nəzarət məntəqəsinin yanından keçirlər.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazir mediada Azərbaycan əsgərlərinin erməni hərbçilərini yoxlaması barədə məlumatı qəti şəkildə təkzib edib. O, əsgərlərin Azərbaycanın nəzarət məntəqəsinin yaxınlığından keçdiyini təsdiqləyib, lakin yoxlama aparıldığını təkzib edib.
Onun sözlərinə görə, sual ya bu mövqeyi tərk etmək, ya da Azərbaycana məxsus nəzarət məntəqəsinin yanından keçməkdədir. Papikyan nazir olaraq bu vəziyyətin müəllifi olmadığını aydınlaşdırıb: “Yanlarından keçirlər, bəlkə də salamlaşırlar və söhbət edirlər. İndiki mərhələdə ümumiyyətlə, heç bir problem yaranmır. Aylardır ki, problem yaranmır”.
Nazir Azərbaycan tərəfindən işğal edilmiş (? - red.) Ermənistan ərazilərinin azad edilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, məsələ demarkasiya və delimitasiya komissiyalarının səlahiyyətlərinə aiddir.
Bəxtiyar CƏFƏRLİ