ABŞ Yaxın Şərq bazasına daha iki E-3 “Sentry” havadan erkən xəbərdarlıq və idarəetmə sistemi (AWACS) təyyarəsi yerləşdirib. Bu günlərdə Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” bazasına iki belə təyyarə gəlib.
Herbiand.az bildirir ki, bu barədə Itamilradar portalı məlumat yayıb.
E-3G təyyarəsi hava komandanlıq sisteminin onurğa sütununu təşkil edir və genişmiqyaslı hava əməliyyatlarını idarə etməyə, qırıcıların, tankerlərin və kəşfiyyat platformalarının hərəkətlərini əlaqələndirməyə və yüzlərlə kilometr məsafədə erkən xəbərdarlıq etməyə qadirdir.
Portal qeyd edir ki, regiona çoxlu sayda döyüş təyyarəsinin yerləşdirilməsi davam edərkən, ABŞ təkcə zərbə gücünü artırmaqla yanaşı, həm də hərtərəfli döyüş idarəetmə sistemi yaradır.
Bəxtiyar CƏFƏRLİ