Advertisment

Qanalı nazir Zelenskidən nəyi xahiş edib?

Qana xarici işlər naziri Samuel Ablakva ilk rəsmi səfəri ilə Ukraynaya gəlib və Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşüb.

Herbiand.az xəbər verir ki, görüş zamanı rəsmi şəxs dövlət başçısına qeyri-adi bir xahiş edib.

Bu barədə Ablakva Facebook səhifəsində bildirib.

Nazir Zelenskidən bir neçə Afrika ölkəsindən gəncləri Ukraynada döyüşməyə cəlb edən işəgötürmə şəbəkələrinə qarşı birgə mübarizə aparmağı xahiş edib və mübarizə yollarını müzakirə ediblər.