Fransa ukraynalı pilotlara Mirage 2000 qırıcılarını idarə etmək üçün təlim keçməyə davam edir. Hazırda bir neçə pilot bu təlimdən keçir.
Herbiand.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr və Veteranlar Nazirliyinin mətbuat konfransına istinadən French Aid to Ukraine öz X sosial səhifəsində məlumat verib.
“Fransa Silahlı Qüvvələrinin məlumatına görə, Fransa Hərbi Hava Qüvvələri hazırda üç ukraynalı pilotu Mirage 2000 qırıcısında təlim keçirir”, - açıqlamada bildirilirb.
Bir müddət əvvəl bildirilmişdi ki, Fransa 2026-cı ilin birinci rübündə hərbi yardımının bir hissəsi olaraq Ukraynaya daha iki qırıcı göndərəcək. Keçən il üç belə təyyarə göndərilib. Həmçinin, Ukraynaya rekord həcmdə AASM Hammer hava bombalarının tədarükü üçün işlər davam edir.
Bəxtiyar CƏFƏRLİ