Vyetnam müharibəsinin bir neçə veteranı Vaşinqtonda 250 fut hündürlüyündə (təxminən 76 metr) zəfər tağının tikilməsi planlarına görə Tramp administrasiyasına qarşı iddia qaldırıb. Bu, Arlinqton milli qəbiristanlığının mənzərəsini korlaya bilər.
Herbiand.az bildirir ki, bu barədə The Washington Post qəzeti sənədin mətninə istinadən məlumat verib.
“Onlar hesab edirlər ki, planlaşdırılan zəfər tağı onların hərbi və diplomatik xidmətini, eləcə də Arlinqton milli qəbiristanlığında dəfn olunmuş yoldaşlarının və digər veteranların irsini ləkələyəcək, Arlinqton qəbiristanlığını ziyarət etmək və ya Xatirə dairəsi və Xatirə xiyabanının dəhlizində gəzintini pozacaq”, - iddiada deyilir.
Veteranlar ehtiyat edirlər ki, Tramp tağın tikintisi üçün Konqresin və ekspert komissiyalarının təsdiqini gözləməyəcək. Onlar ümid edirlər ki, məhkəmə işi qanunsuz hesab edərək qadağan edəcək.
Ağ Ev sözçüsü bu məsələ ilə bağlı şərhində bildirib ki, tağ dünyanın ən ikonik abidələrindən birinə çevriləcək, bu da Arlinqton milli qəbiristanlığında ziyarətçilərin təəssüratlarını yaxşılaşdıracaq və Amerika qəhrəmanlarının nəcib fədakarlıqlarının vizual xatırlanması olacaq.
Bəxtiyar CƏFƏRLİ