Cari ilin yanvar ayında muxtar respublika üzrə istehlakçılara 190,8 min manata yaxın ƏDV məbləği qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Herbiand.az -a bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,3 milyon manatdan çox olub.
Yeni nəsil nəzarət–kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 41,1 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 26,9 faiz çoxdur.