Hazırda pilotsuz uçuş aparatlarından (PUA) istifadənin təsiri artilleriya ilə müqayisə edilə bilər.
Herbiand.az bildirir ki, bu barədə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy “Krasnaya Zvezda” qəzetinə deyib.
“Hazırda zərbə PUA-larından istifadənin təsiri artilleriya ilə müqayisə edilə bilən hala gəlib. Düşmən itkilərinin əhəmiyyətli bir hissəsi FPV dronlarının payına düşür”, - Rudskoy bildirib.
Bəxtiyar CƏFƏRLİ