Advertisment

Ermənistanda hakim partiyada daxili səsvermə keçirilib

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası 2026-cı il parlament seçkiləri üçün partiya siyahısına namizəd seçiminin birinci mərhələsini başa vurub.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu mərhələdə təxminən 1100 partiya nümayəndəsi Vətəndaş Müqaviləsi ofisininə gələrək səs verib. 276 nəfərlik siyahıdan 50 namizəd seçilib.

İlk 50 namizəd mart ayında partiya platformasında daxili kampaniya aparacaq, bundan sonra nümayəndələr yenidən bu 50 namizəd arasından seçim edəcək və kimin baş nazirliyə namizəd olacağını və kimin siyahıda yerini tutacağını müəyyən ediləcək.

Səsvermənin nəticəsinə görə ilk onluq belədir:

Nikol Paşinyan – 894 səs
Suren Papikyan – 780 səs
Gevorq Papoyan – 765 səs
Ararat Mirzoyan – 743 səs
Vaqan Aleksanyan – 697 səs
Ruben Rubinyan – 687 səs
Arayik Harutyunyan – 668 səs
Hayk Konjorian – 663 səs
Alen Simonyan – 628 səs
Arsen Torosyan – 620 səs