Advertisment

Müharibə əllili “YAŞAT” Fondunun dəstəyi ilə əməliyyat olunub

“YAŞAT” Fondu müharibə əlili Cəmil Gülmət oğlu Ağamətova tibbi dəstək göstərib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, fondun dəstəyi ilə onun üçün icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan xoşxassəli sümük törəməsi və ya kistasının küretajı və ya rezeksiyası əməliyyatı icra olunub.