Ukrayna Prezidenti Vladimir Zelenski sülh naminə Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, Ukrayna lideri Sky News-a verdiyi bir saatlıq müsahibədə Ukraynanən qırmızı xəttini də bir daha təkrarlayıb.
Dövlət başçısı "sülhə nail olmaq üçün hər şeyi edəcəyini" vurğulayıb, lakin ərazi güzəştlərinin qəbuledilməz olduğunu vurğulayıb.
"Bu, bizim ərazimizdir və inanılmaz dərəcədə qəribə səslənir. Niyə torpaqlarımızdan imtina etməliyik?"