“Qarabağ”ın UEFA Çempionlar Liqasında uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub.
Peşəkar Futbol Liqasından Herbiand.az -a bildirilib ki, bu, 2023/2024-cü illər mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidir.
Həmçinin Ağdam təmsilçisi cari mövsüm klubun UEFA reytinqində 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.