Advertisment

Qazaxıstan Baş Prokurorluğu keçmiş Baş nazirlə Epşteyn arasında mümkün əlaqələri araşdırır

Qazaxıstan Baş Prokurorluğu keçmiş Baş nazir və Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimovun da daxil olduğu yerli məmurlar barəsində bədnam amerikalı maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələrə görə araşdırma başlayıb.

Herbiand.az xəbər verir ki, Tengrinews.kz saytı Qazaxıstanın Baş prokuroru Berik Asılovdan sitat gətirir: "Biz də hüquq-mühafizə orqanları kimi... bu faktları yoxlayırıq - mövcud olub-olmamasından asılı olmayaraq".

Yüksək vəzifəli Qazaxıstan məmurları ilə Epşteyn arasında mümkün əlaqələrin araşdırılması təşəbbüsü Məclisin deputatı Əsxət Rəhimcanov tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, dövlətə xəyanət və çevrilişə cəhd ittihamı ilə cəza çəkən Məsimovun adı Epşteynin sənədlərində ən azı səkkiz dəfə çəkilir. O qeyd edir ki, qeydlərdə Epşteynlə Məsimovun şəxsən tanış olduqları açıq şəkildə göstərilir.