Advertisment

Rusiya ordusu xüsusi hərbi əməliyyatlar zonasında “Krot-2”-dən istifadə edir

Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatlar zonasında yük daşımaq üçün “Krot-2” yerüstü robot sistemindən istifadə edir.

Herbiand.az bildirir ki, bu barədə “İzvestiya” qəzeti məlumat verib.

Təkərli nəqliyyat vasitəsi su, qida və digər yüklərin çatdırılması üçün istifadə olunur. Onu düşməndən qorumaq üçün pilotsuz uçuş aparatları müşayiət edir. Tam doldurulmuş “Krot-2” bir istiqamətdə 12 kilometrə qədər məsafə qət edə bilər. Sistemin faydalı yük tutumu 120 kiloqramdır.

Bəxtiyar CƏFƏRLİ