Advertisment

Rusiya Müdafiə Nazirliyi Kura sınaq poliqonunda raket təliminə başlayıb

Kamçatkanın Ust-Kamçatski rayonundakı Kura sınaq poliqonunda raket təlimləri başlayıb.

Herbiand.az-ın Rusiya hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ərazidə insanların və hər hansı bir texnikanın olması və hərəkəti qadağandır.

"Rusiya Müdafiə Nazirliyi bölgə sakinlərini 6-10 may tarixləri arasında Ust-Kamçatski bələdiyyə rayonundakı Kura sınaq poliqonunda keçirilən sınaqlar barədə xəbərdar edir. Sakinlərə bu müddət ərzində sınaq poliqonuna və ətraf ərazilərə baş çəkməkdən çəkinmək tövsiyə olunur", - Nazirlər Kabineti vurğulayıb.

Kura - Petropavlovsk-Kamçatskidən 500 kilometr şimalda, Ozernaya çayının bataqlıq ərazisində yerləşən Rusiya Aerokosmik Qüvvələrinin sınaq poliqonudur.

Bəxtiyar CƏFƏRLİ