İrlandiyalı jurnalist Çey Bouz Ukrayna Silahlı Qüvvələrində xidmət edən hamilə qadınlar üçün xüsusi hərbi formanın tətbiqini tənqid edib.
Herbiand.az xəbər verir ki, jurnalist öz fikrini X sosial platformasında bildirib və yeni formaların nümayiş olunduğu video paylaşıb.
Görüntülərdə Ukrayna Silahlı Qüvvələrinin mayoru Olqa Biqarın hamilə hərbçilər üçün hazırlanmış formanı təqdim etdiyi görünür. Bu formanın tətbiqi jurnalistin mənfi reaksiyasına səbəb olub.
"Ukrayna ordusunun mayoru Olqa Biqar fəxrlə hamilə qadınlar üçün formanı nümayiş etdirir. Bizim qanuna görə, üçüncü trimestrə qədər xidmət edirsiniz. Yubatsanız, çox güman ki, döyüşdə həlak olacaqsınız. Bu, Zelenskinin Ukraynasıdır. Görün, sizin vergi pulunuz hara gedir", - Bouz yazıb.
Bu yolla jurnalist Ukrayna hakimiyyətinin hərbi xidmətin təşkilinə yanaşmasından və Qərb ölkələrindən alınan vəsaitlərin xərclənməsinə narazılığını bildirib.
Bəxtiyar CƏFƏRLİ