Rusiya Ukraynaya qarşı müharibədə döyüşmək üçün əcnəbilərin cəlb edilməsi şəbəkəsini genişləndirir. Kreml iş təklifləri adı altında Afrika ölkələrinin vətəndaşlarını daha çox cəlb edir.
Herbiand.az bildirir ki, bu barədə Foreign Policy nəşri yazıb.
Məlumata görə, Keniya vətəndaşı Klinton Moqesanın işi problemin miqyasını göstərir. O, Qətərdəki işini başa vurduqdan sonra ailəsinə Rusiyada yeni iş yeri barədə məlumat verib, lakin cəmi bir neçə gündən sonra hərbi təlimdə olub. Daha sonra Ukrayna kəşfiyyatı onun işğal olunmuş ərazidə ölümünü təsdiqləyib.
Ukrayna mənbələrinə görə, onun üzərində oxşar sxem üzrə cəlb edilmiş ola biləcək digər keniyalıların sənədləri var idi.
Tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiya Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikasından getdikcə daha çox əcnəbi şəxsləri cəlb edib. Ukrayna kəşfiyyatının qiymətləndirməsinə görə, Moskva 2026-cı ildə ən azı 18.500 xarici döyüşçü cəlb etməyi planlaşdırır.
Bəxtiyar CƏFƏRLİ