2025-ci ildə Kreml Moskva ətrafında “Pantsir-S1” zenit-raket və top sistemləri ilə təchiz olunmuş əlavə 43 hava hücumundan müdafiə qülləsi yerləşdirib.
Herbiand.az bildirir ki, The Moscow Times qəzetinin məlumatına görə, bu, Rusiyanın Ukraynadan gələn təhdidlərə hazırlaşdığını göstərir.
"Bu, soyuq müharibə dövründə istifadə olunmayan 50 kilometr radiuslu sovet hava hücumundan müdafiə "kiçik halqası"nın yenidən qurulmasının davamıdır. Mövqelər Mərkəzi dairəvi yol və onu təkrarlayan "kiçik beton yol" boyunca yerləşir. Hava hücumundan müdafiə raket və top sistemləri, xüsusən də digər bölgələrdən yenidən yerləşdirilir ki, bu da hakimiyyətin Moskvanı müdafiə etməyə diqqət yetirdiyini göstərir", - Rusiya KİV-ləri Bild nəşrindən sitat gətirib.
Bəxtiyar CƏFƏRLİ