Advertisment

Almaniya Səfirliyi: Berlin Kiyevə “Taurus” raketləri vermir

Almaniya Ukraynaya “Taurus” raketləri vermir.

Herbiand.az xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı Səfirliyi Kiyevə uzaqmənzilli silahların mümkün tədarükü ilə bağlı suala cavab olaraq bildirib.

Diplomatik missiya Almaniya Kansleri Fridrix Mertsin mövqeyinə istinad edərək qeyd edib ki, Berlin hazırda bu tip raketlər tədarük etmir. Səfirlik həmçinin, bu bəyanatı əlavə şərhlərlə tamamlamaq niyyətində olmadığını vurğulayıb. Sadəcə olaraq əlavə ediblər ki, Ukrayna artıq öz uzaqmənzilli silahlarına malikdir və münaqişə zamanı onlardan istifadə edir.

Daha əvvəl Almaniya Kansleri Fridrix Merts bildirmişdi ki, Ukrayna tərəfinin öz uzaqmənzilli raketləri olduğu üçün Kiyevin “Taurus” raketlərinə ehtiyacı yoxdur. Kansler həmçinin qeyd edib ki, Ukrayna indi əvvəlkindən daha yaxşı silahlanıb və buna görə də əlavə silah təchizatına ehtiyacı yoxdur.

Bəxtiyar CƏFƏRLİ