Ukrayna dron istehsalında Çin komponentlərindən asılılığını azaltmaq səylərini gücləndirir, eyni zamanda cəbhə xəttinin ehtiyaclarını ödəmək üçün öz potensialını genişləndirir. Bu fonda yüksək texnologiyalı həllər təklif edən Tayvan getdikcə daha vacib tərəfdaşa çevrilir.
Herbiand.az bildirir ki, bu barədə The Guardian qəzeti yazıb.
Qeyd edilib ki, Rusiyanın Ukraynadakı tammiqyaslı müharibəsi hərbi əməliyyatların xarakterini əhəmiyyətli dərəcədə dəyişdirib. Dronlar döyüş meydanında əsas vasitələrə çevrilib. Onlardan kəşfiyyat, atəş tənzimləməsi və düşmənin arxa cəbhəsinə dərin zərbələr endirmək üçün istifadə olunur. Məhz dronların geniş istifadəsi Ukraynaya Rusiya qoşunlarının irəliləməsini məhdudlaşdırmağa imkan verir və eyni zamanda öz müdafiə sənayesinin inkişafını stimullaşdırır.
Lakin, dron komponentlərinin təchizat zəncirinin əhəmiyyətli hissəsi hələ də Çindən asılıdır. Bu fonda Kiyev, eləcə də Avropa ölkələri və ABŞ alternativ təchizatçılar axtarmağa başlayıblar.
Ukraynanın Snake Island Institute müstəqil beyin mərkəzinə görə, mikroelektronika, naviqasiya sistemləri və batareyalar sahəsindəki irəliləyişləri ilə tanınan Tayvan Ukraynanın dron istehsalçıları üçün tərəfdaşlardan birinə çevrilir. Qərb təchizatçıları məhz bu sahələr üzrə tez-tez Tayvandan geri qalırlar.
Bəxtiyar CƏFƏRLİ