Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkənin 8 bölgəsində genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanlarına kömək edən 7 vətəndaşı saxlayıblar.
Herbiand.az bildirir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, saxlanılanlar arasında həm Ukrayna xüsusi xidmət orqanları ilə əlbir olanlar, həm də Kiyev rejiminin terrorçuluq fəaliyyətini açıq şəkildə təbliğ edənlər olub.
Agentlik həbslərin Udmurtiya, Altay və Zabaykal diyarlarında, eləcə də Amur, Həştərxan, Leninqrad, Ryazan və Tomsk vilayətlərində baş verdiyini bildirib.
Buna qədər Rusiyanın 4 şəhərində 4 Rusiya vətəndaşının və bir əcnəbinin saxlanıldığı bildirilmişdi. FTX-dən bildirilib ki, bu şəxslər təxribatların olması üçün potensial hədəflər haqqında məlumat toplayıblar. Bundan əlavə, Kinqisepp, Çita və Tomskda da həbslər olub. Həmin bölgələrdə Rusiya vətəndaşları ölkə ərazisinə pilotsuz təyyarə hücumlarını əsaslandırdıqlarına və yerli sakinləri terror hücumları törətməyə çağırdıqlarına görə həbs ediliblər.
Bəxtiyar CƏFƏRLİ