Advertisment

Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Dövlət başçısı İlham Əliyev Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Herbiand.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

 

Bayramov Elnur Üzeyir oğlu

 

Bayramov Rasim Əhməd oğlu

 

Əzizov Əziz Məhəmməd oğlu

 

Həsənov Ramiz Qaroğlan oğlu

 

Qurbanov Azər Tengiz oğlu

 

Musayeva Şəhla Ziyəddin qızı

 

Osmanov Çingiz Məsim oğlu

 

Şirinov Namiq Paşa oğlu

 

Şirinova Mehriban Ramiz qızı.