Advertisment

Ukraynanın 273 PUA-sı vuruldu

20 maya keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiya üzərində 273 Ukrayna pilotsuz təyyarəsini vurub.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Belqorod vilayətində Ukrayna hava hücumu nəticəsində təcili yardım sürücüsü yaralanıb və çoxmənzilli binaya ziyan dəyib. Bryansk vilayətində də nəqliyyat vasitəsinə edilən hədəf hücumu nəticəsində daha bir kişi yaralanıb. Voronej vilayətində fərdi evə, Nijni Novqorod vilayətində iki sənaye obyektinə ziyan dəyib, Stavropol vilayətində isə Nevinnomıssk sənaye zonasına edilən hücum dəf edilib.