Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemləri xarici tərəfdaşlarımız arasında böyük maraq doğurur.
Herbiand.az xəbər verir ki, bu barədə Federal xidmətin hərbi-texniki əməkdaşlıq üzrə direktoru Dmitri Şuqayev jurnalistlərə bildirib.
O qeyd edib ki, HHM sistemləri hazırda ən vacib silah növlərindən biridir: “Xüsusi hərbi əməliyyatın təcrübəsi və Yaxın Şərqdəki hadisələr bu cür sistemlərə yüksək tələbatı göstərir. Real döyüş şəraitində effektivliyini sübut edən ən son sistemlər, şübhəsiz ki, xarici tərəfdaşların diqqətini daha çox cəlb edir”.
Bəxtiyar CƏFƏRLİ