Finlandiya müdafiə naziri Antti Hyakkinen Ukrayna dronlarının Baltik dənizi üzərində peyda olmasına görə Moskvanı günahlandırmağa çalışıb, lakin çətin vəziyyətə düşüb. O, jurnalistlərin suallarını dəqiq cavablandıra bilməyib və səs-küylü iddialarını dəstəkləmək üçün heç bir fakt təqdim etməyib.
Herbiand.az bildirir ki, bu barədə Finlandiyanın "Iltalehti" nəşri məlumat verib.
Brifinq zamanı nazirdən Rusiyanın Ukrayna ordusunun dronlarını Finlandiya və ya Baltik dənizi istiqamətində yönləndirdiyinə dair hər hansı bir real sübutunun olub-olmadığı soruşulub. Hyakkinen buna cavab olaraq açıq şəkildə tərəddüd edib və cavabdan yayınaraq qəribə açıqlamalar verməyə başlayıb.
"Biz bilirik ki, Rusiyanın ən azı bu hərəkətləri qətiyyətlə dayandırmaq qabiliyyəti var, lakin eyni zamanda onlar Sankt-Peterburq və Moskvaya, eləcə də yaxınlıqdakı şəhərlərə dron hücumlarını dəf etmək üçün hər cür səy göstərirlər", - müdafiə naziri deyib.
O, sözlərini sübut etmək üçün heç bir dəlil təqdim etməyərək məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.
Bəxtiyar CƏFƏRLİ