Advertisment

Rusiya Ermənistandan kartof, badımcan və quru meyvələrin idxalını məhdudlaşdırır

Rusiya iyunun 3-dən Ermənistandan kartof, badımcan, quru və tumlu meyvələrin idxalını məhdudlaşdırır.

 

Herbiand.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

 

Bildirilib ki, bu məhsulların Avrasiya İqtisadi İttifaqına üzv digər ölkələrə tranziti də qadağan olunub.

 

 

Qeyd edək ki, “Rosselxoznadzor” 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistandan albalı, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb. Rusiya qərarını fitosanitar tələblərin pozulması və Ermənistan məhsullarının tədarükü zamanı qeydə alınan qanun pozuntularının artması ilə əsaslandırıb.

 

Bundan əvvəl Rusiya Ermənistandan pomidor, xiyar, bibər və çiyələk idxalını da məhdudlaşdırıb. Hazırda Rusiyada Ermənistandan gül, balıq məhsulları, müəyyən spirtli içkilər və "Cermuk" mineral suyunun idxalı qadağandır.