Advertisment

“Tramp artıq Ukraynanın müharibədə uduzacağına inanmır” – Makron

ABŞ prezidenti Donald Tramp 2025-ci ilin əvvəlində Ağ Evə qayıtdıqdan sonra Ukraynanın Rusiyaya qarşı müdafiə müharibəsində qaçılmaz məğlubiyyətinə əmin olub. Lakin o, indi bu mövqeyini yenidən nəzərdən keçirib,

Herbiand.az xəıbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu fikirləri  iyunun 18-də Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra yayımlanan France TV-yə verdiyi müsahibədə deyib.

Fransa prezidentinin sözlərinə görə, Tramp əvvəlcə Ukraynanın uduzacağına əmin idi. "Prezident Zelenski ilə Oval Ofisdə işlər pis getdi. Daha sonra, bir ildən az bir müddət əvvəl, Prezident Tramp və Prezident Putin arasında Ankoricdə zirvə görüşü keçirildi və orada hələ fəth edilməmiş Ukrayna ərazilərinin təslim edilməsini təklif edən razılaşma demək olar ki, masaya qoyuldu".

Makron əlavə edib ki, Avropa liderləri daha sonra Trampı razı salmaq və "ona bunun edilə bilməyəcəyini demək" üçün Vaşinqtona gəliblər.

O, qeyd edib ki, o vaxtdan bəri "böyük bir məsafə" qət edilib. "Prezident Tramp ona deyilən hər şeyin - onların (ukraynalıların - red.) yıxılacaqları, qışdan sağ çıxa bilməyəcəkləri - yalan olduğunu gördü. Və hörmət etdiyi cəsur, bacarıqlı insanlarla qarşılaşdığını gördü. İkincisi, avropalıların məsuliyyəti öz üzərinə götürdüyünü gördü", - deyə Fransa lideri izah etdi.

Makron deyib: “Əminəm ki, Prezident Tramp eyni zamanda daha çox iştirak edəcək ki, biz Ukraynaya bu hərbi səylərdə - həm müdafiə, həm ərazisini qorumaq, həm də Rusiyanı çəkindirmək üçün - kollektiv şəkildə kömək edə bilək, eyni zamanda Rusiyaya, iqtisadiyyatına daha çox təzyiq göstərəcək və onu danışıqlar masasına qaytaracaq”.