Rusiya Ukraynadakı döyüş taktikasını yenidən quraraq FPV dronlarını əsas atəş gücü alətinə çevirib.
Herbiand.az bildirir ki, bu barədə Forbes nəşri yazıb.
Məlumata görə, dronlar əsasən artilleriya və zirehli texnika tərəfindən əvvəllər yerinə yetirilən tapşırıqları öz üzərinə götürür.
Nəşr qeyd edir ki, bu yanaşma Rusiya bölmələrinə böyük silah sistemlərini eyni səviyyədə riskə məruz qoymadan yüksək intensivlikli zərbələr endirməyə imkan verir. Hücumdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin mövqeləri kütləvi artilleriya atəşi ilə deyil, dron hücumları ilə yatırıla bilər.
PUA-ların geniş istifadəsi həm də Ukrayna bölmələrinin hərəkətlərini məhdudlaşdırır: “Daimi hücum təhlükəsi altında onlar daha tez-tez gizlənmək məcburiyyətində qalırlar ki, bu da Rusiya qoşunlarının hücum qruplarının manevr qabiliyyətini artırır”.
Forbes PUA-nın digər bir üstünlüyünü artilleriya sistemləri və zirehli texnikalarla müqayisədə daha az görünürlük və hərəkətlilik kimi göstərir: “FPV dron ekipajları daha az yer tutur və cəbhə xəttindən bir neçə kilometr aralıda dağıla və kamuflyaj edə bilirlər”.
Bəxtiyar CƏFƏRLİ