ABŞ Ukraynaya ötürülən silahlara xidmət edən və Polşada fəaliyyət göstərən texniki dəstək mərkəzinin fəaliyyətinə 238 milyon dollardan çox vəsait ayırıb.
Herbiand.az bildirir ki, bu məlumatlar ABŞ hökumətinin xərclər portalında qeyd edilib.
Maliyyələşdirməni Amentum Services şirkəti alır. Şirkət Polşanın Yasenka şəhərində texniki və logistika dəstək mərkəzini idarə edir. Mərkəzdə Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən 34 növ silah üçün məsafədən texniki yardım göstərilir. Həmçinin, mütəxəssislər Ukrayna hərbçilərinə avadanlıqların təmiri və texniki xidməti ilə bağlı məsləhət verir, eləcə də zəruri komponentlərin tədarükünü təşkil edir.
Bəxtiyar CƏFƏRLİ