“İranın Yaxın Şərqdə proksi qüvvələrinin sıradan çıxarılması istiqamətində aparılan hərbi əməliyyatlar, ABŞ və İsrailin bölgədə strateji və hərbi siyasət İranı kifayət qədər zəiflədib.
Çünki İran “ərəb baharı”ndan sonra Yaxın Şərqdə öz geosiyasi mövqelərini gücləndirməyə çalışıb”.
Bu sözləri Herbiand.az-a açıqlamasında MCP başqanının müvavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, ABŞ-İran, İsrail-İran müharibə hələ bitməsə də, Tehranı kifayət qədər küncə sıxışdırılıb.
“ABŞ istəyir ki, rəsmi Tehranı təslimçi akta imza atsın. İran rejimi həm iqtisadi, həm siyasi cəhətdən zəifləyib. Yeni dünya siyasi nizamı qurulur. Yaxın Şərqdə yeni siyasi transformasiya formalaşır. İranın qonşuluğunda Türk Dövlətləri Təşkilatı güclənir. Türkiyə, Azərbaycan kimi dövlətlər bu qurumun güclənməsiə ciddi töhfələr verir. Nəzərə alaq ki, İran uzun müddət antitürk siyasəti aparıb. Tehranın Zəngəzur dəhlizi layihəsinə qarşı çıxması onun türk birliyinə mane olmasıdır. Amma gələcəkdə İranın siyasəti fərqli ola bilər.
İran deyə bilər ki, əhalimin yarıdan çoxu türkdür, Türk Dövlətləri Təşkilatında yer almaq istəyirəm. Necə ki Rusiya deyir ki, mənim də türk əhalim var, mən də bu qurumda müşahidəçi olaraq yer ala bilərəm. İran öz siyasətində korrektələr edərsə Türk Dövlətləri Təşkilatında yer ala bilər. Çünki orada 40 milyondan çox türk yaşayır”.