Advertisment

Moskva Şəhər Günündə 1500 cütlük evlənəcək

Paytaxtda təxminən 1500 cütlük Şəhər Gününün həftəsonu və bayramdan əvvəlki cümə günü evlənməyi planlaşdırır.

Herbiand.az-ın verdiyi məlumata görə, Moskva Vətəndaşlıq Qeydiyyatı İdarəsinin rəhbəri Svetlana Uxaneva TASS-a bildirib ki, mərasimlər zamanı Moskva himni səslənəcək.

O, deyib ki, Şəhər Günü paytaxtın əsas bayramlarından biridir və moskvalıları və qonaqları birləşdirir: “Ailə qurmaq üçün bu tarixi seçən yeni evlənənlər üçün bu, xüsusi, şəxsi məna kəsb edəcək. Sentyabrın 4-dən 6-dək ümumilikdə təxminən 1500 cütlük evlənəcək. Paytaxtın bütün şadlıq sarayları və "Xoşbəxtliyin yeni ünvanları" layihəsinin qeyri-adi məkanları cütlüklər üçün açıq olacaq".

Bəxtiyar CƏFƏRLİ