Advertisment

Uitkoff və Kuşner Moskvaya gəlib

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara vasitəçilik edən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Moskvaya səfər edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı təklifləri Rusiyaya təqdim etmək üçün Moskvaya səfər edəcəklərini elan etmişdi.