Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu fırıldaqçıları himayə edən qruplara qarşı əməliyyat hazırlayır.
Herbiand.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir. Artıq dələduzluqla məşğul olan çağrı mərkəzlərinə himayədarlıq edən cinayətkar qrupla bağlı iş materiallarının bir hissəsini yayımlanıb.
“Strana.ua” nəşrinin telegram kanalında yayılan məlumata görə, planlaşdırılan əməliyyat “Karfagen” adlanır.
Məlumatda qruplaşmanın yuxarı instansiyalardan himayə olunduğu iddia edilir.
Qeyd edək ki, bundan əvvəl paytaxtda Baş Prokurorluğun İcra Aparatının kiberməsələlər üzrə departamentinin rəhbəri saxlanılıb.