ABŞ vitse-prezidenti Cey Di Vens jurnalistlərə brifinqindən əvvəl Donald Trampla olan söhbətini danışıb. Amerika lideri zarafatla onu mətbuat qarşısında çox yaxşı çıxış edəcəyi təqdirdə yeni bir işlə hədələyib.
Herbiand.az bildirir ki, söhbətin səs yazısı prezidentin müşaviri Marqo Martinin X sosial hesabında yerləşdirilib.
Vens prezidentin sözlərini sitat gətirib: "Maraqlıdır, amma mən buraya gəlməzdən əvvəl Oval Ofisdə prezidentlə danışdım və o dedi: "Ehtiyatlı ol. Mən istəyirəm ki, sən yaxşı çıxış edəsən, amma əgər həddindən artıq yaxşı çıxış etsən, mən səni mətbuat katibi edə bilərəm".
Bu nəsihətdən sonra vitse-prezident jurnalistlərin gözündə çox inandırıcı görünməmək üçün qəsdən kürsüdə bir az "səs-küy salmaq" qərarına gəlib.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolin Levitt vəzifəsindən getdikdən sonra yer boş qalır. Vens administrasiyanın daimi sözçüsünün yerinə bir neçə dəfə brifinqlər keçirib və jurnalistlərin suallarını cavablandırıb.
Bəxtiyar CƏFƏRLİ