Advertisment

“İran yaşayış məntəqələrini də hədəfə alıb”-Qətərdən etiraz

İranın cavab hücumları zamanı yalnız ABŞ bazaları deyil, mülki yaşayış əraziləri də hədəfə alınıb. 

Herbiand.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari açıqlama verib. 
Onun sözlərinə görə, hücumlar nəticəsində mülki şəxslər yaralanıb və ölkə infrastrukturuna ciddi ziyan dəyib.

“Tehran rəsmi sənədlərə istinad etmək istəyirsə, əməliyyatlar üçün hazırlanmış təhlükəsizlik hesabatlarına deyil, Qətərin BMT-yə təqdim etdiyi rəsmi sənədlərə müraciət etməlidir”-deyə, Ənsari bildirib.

Qeyd edək ki, Qətərin BMT-yə təqdim etdiyi sənədlərdə İran raketlərinin mülki, kommersiya və yaşayış ərazilərinin üzərindən buraxıldığı, hücumlar nəticəsində 16 nəfərin yaralandığı və dağıntıların meydana gəldiyi vurğulanıb. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə ABŞ-a qarşı həyata keçirilən cavab hücumlarında mülki şəxslərin hədəf seçilmədiyini bildirib.

Herbiand.az