Advertisment

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

“Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu, ildə 6 mindən çox ağacın qorunması deməkdir”.

Herbiand.az xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən “COP29-dan İqlim Həftəsinə: “Yaşıl Dünya” üçün Rəqəmsal Fəaliyyət Yolu” adlı paneldə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.

 

O bildirib ki, peyklər, məsafədən zondlama və coğrafi informasiya sistemləri vasitəsilə Azərbaycanda quraqlıq, səhralaşma və su ehtiyatları monitorinq edilir, su səviyyəsi və çaylarda suyun keyfiyyəti izlənilir.

 

Nazir müavini telekommunikasiya sektorunda da ətraf mühitə təsirin azaldılması istiqamətində işlərin aparıldığını bildirib: “Bərpa olunan enerji ilə işləyən günəş enerjili baza stansiyalarının quraşdırılmasına başlanılıb. Bu stansiyalar fəaliyyət müddətinin 60 faizindən çoxunda bərpa olunan enerjidən istifadə edir. Yalnız Qarabağda belə stansiyaların sayı 75-dən çoxdur. Azərbaycanın təcrübəsi rəqəmsal fəaliyyətin ölçülə bilən nəticələr verdiyini göstərir. Bu, daha az kağız sənədlərə, daha aşağı enerji istehlakına, meşələrin qorunmasına və daha yaxşı ekoloji nəticələrə gətirib çıxarır”.