Advertisment

Avstriyalı polkovnik: Ukraynanın HHM sistemi Putinin başa düşdüyü Axilles dabanıdır

Avstriyalı polkovnik və hərbi analitik Markus Raysner Ukraynanın hava hücumundan müdafiə sistemini ən həssas nöqtəsi adlandırıb.

Herbiand.az xəbər verir ki, polkovnik bu barədə T-Online-a danışığında bildirib.

Hərbi analitik qeyd edib ki, Kiyev raket çatışmazlığı yaşayır və Moskva bu zəifliyi öz xeyrinə çevirə biləcək iqtidarındadır.

O, bildirib ki, Ukraynanın hava hücumundan müdafiəsi ciddi şəkildə zəifləyib: “Ballistik və qanadlı raketlərə qarşı həlledici müdafiə vasitəsi kimi xidmət edən Patriot raket sistemləri üçün xüsusilə kəskin sursat çatışmazlığı var. 8 sentyabr gecəsi Ukrayna Rusiyanın atdığı raketlərin yalnız yarısını ələ keçirə bildi. Bu, Putinin başa düşdüyü Axilles dabanıdır”.

Bəxtiyar CƏFƏRLİ