Advertisment

Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır

Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında enerji sahəsində əldə olunan nəticələrin qiymətləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Herbiand.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, enerji təchizatının təmin edilməsində və həyata keçirilən layihələrin davamlılığında mühüm rol oynayır.